Newscenter.az.20.11.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Belçikada görüşü nəzərdə tutulub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın RİA Novisti xəbər agentliyi yayıb.
Agentliyin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan liderlərinin görüşü dekabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti çərçivəsində baş tutacaq. Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüş barədə razılıq əldə etdikləri də iddia olunur.
NEWSCENTER.AZ