Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Postmüharibə dövrünün əsas vəzifələrindən biri də...



Əliməməd Nuriyev: "İtki vermədən quruculuq işləri ilə yanaşı ərazilərimizin minalardan, partalayıçı sursatlardan təmizlənməsidir"

Newscenter.az.20.11.2021. Azərbaycan erməni işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı bir neçə istiqamətə iş aparır. Bu istiqamətdə diqqət yetirilməsli məsələlərədn biri, işğala məruz qalmış və azad edilmiş ərazilərimizin minalarla, partalayıçı sursatlar və maddələrlə çirkləndirilməsidir. İşğalçıları qovmuşuq, ancaq onların bu qəbildən olan ölümcül mirasıdır. Öz xislətlərinə uyğun olaraq onların bu ölümcül mirası zəngindir. Hazırda postmüharibə dövrünün əsas vəzifələrindən biri də mümkün olduğu qədər itki vermədən quruculuq işləri ilə yanaşı ərazilərimizin minalardan, partalayıçı sursatlardan təmizlənməsidir.

Azərbaycan dövləti sərəncamında olan bütün resursları cəlb etməklə bu iş aparır, maksimum səy göstərir. Bu işdə cəmiyyət, ictimaiyyət və vətəndaşlar olaraq öz töhfəmizi verməliyik, məsuliyyətlə davranmalı, maarifləndirmə aparmalı, təhlükəsizlik qaydalarına əməl edilməsini təşviq etməliyik. Azad olunmuş rayonlarımıza səfərlər edən vətəndaşlarımız, həmçinin bu ərazilərə qonşu bölgədə yaşayan soydaşlarımız xüsusilə diqqətli olmalıdırlar. Şübhə doğuran əşya, cismlər, hallar barədə dərhal müvafiq dövlət orqanları məlumatlandırılmalıdır. DİN bu barədə bir neçə dəfə xəbərdarlıq edib.

DİN əməkdaşları və DİN Daxili Qoşunlarının hərbi qulluqçuları bu ərazilərdə xidmət aparırlar və hər bir müraciət diqqətlə araşdırılır. Bir daha soydaşlarımıza, fəal sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, təhlükəsizliyin təmin edilməsi məsələlərini daim diqqətdə saxlasınlar. Məsuliyyətlii olaq, Vətənizimi və Vətəndaşımızı qoruyaq!

Əliməmməd Nuriyev-Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri
Xəbəri paylaş