Newscenter.az.20.11.2021. Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı onların Balakən rayon sakini Polad Əmrəliyev və Qax sakinləri Ramil Abbasov, Əhmədiyyə Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanları götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mehman