Newscenter.az.20.11.2021. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib.
Ulu öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verir. Bu siyasətin davamı olaraq rayonumuzda da mütəmadi olaraq ağacəkmə aksiyası həyata keçirilir və bu, artıq ənənə şəklini alıb.
Newscenter.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə YAP Sabirabad rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, rayon sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu aksiyada sərv və bir sıra meyvə ağacları əkilib.
Artıq ənənə halını almış ağacəkmə aksiyasında məqsəd rayon ərazisində yaşıllıq zonalarını genişləndirmək, insanlar arasında ekoloji tərbiyəni və mədəniyyəti təbliğ etməkdən ibarətdir. Eyni zamanda gündən-günə gözəlləşən rayonumuzun ekoloji cəhətdən Respublikamızda ən təmiz rayonlar sırasında olması üçün yaşıllaşdırma işləri davam etdirilir.
Sevinc