Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaşmazda YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib



Newscenter.az.20.11.2021. Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Günel Nürəddinova, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev və rayon ictimayyəti iştirak ediblər.

İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub sonra Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlər xiyabanı ziyarət edilərək əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kеşməkеşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olmuşdur. Tarixi zərurətdən yaranan partiya ötən 29 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir.

Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu gün bu siyasət möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mehman
Xəbəri paylaş