Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayda polis əməkdaşı ölumlə nəticələnən ağır qəza törədib



Newscenter.az.21.11.2021. Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub. Yaralı aldığı ağır xəsarətlərdə elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş