Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaydaları kobud şəkildə pozan 90 AA 013 nömrəli avtomobilin sahibi BƏLLİ OLDU-FOTOLAR



Newscenter.az.21.11.2021. Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı avtomobil müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qaydaları kobud şəkildə pozan 90 AA 013 nömrəli  avtomobilin sahibi BƏLLİ OLDU-FOTOLAR

Newscenter.az xəbər verir ki, blogger Samir Feyruzov bu barədə araşdırma aparıb. Araşdırma nəticəsində bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil "Bakı Klinikası"nın sahibi Aytən Quliyevaya məxsusdur:

"Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir. Onu da qeyd edim ki, Azərbaycanın "Diamed-Co" adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur".

P.S.Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş