Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada erməni iş adamı qətlə yetirilib



Newscenter.az.21.11.2021. Rusiyanın Sankt-Peterburq şəhərində erməni biznesmen qətlə yetirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, biznesmenin öldürülməsi yol qəzası nəticəsində məlum olub.

Belə ki, noyabrın 20-də şəhərin Leninqrad vilayətində magistral yolda maneəyə çırpılan “Mitsubishi Galant” markalı avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.

Sürücü və iki sərnişin hadisə yerindən qaçmaq istəsələr də, polis onları saxlaya bilib. Avtomobilin yük yerindən düşən meyitin isə 50 yaşlı İrəvan sakini, iş adamı Arkadi Kazinyan olduğu müəyyən edilib.

Məlum olub ki, erməni iş adamı Sankt-Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürülüb. Avtomobildə olan şəxslər isə meyiti meşədə basdırmaq üçün aparırlarmış.

Hazırda saxlanılan şəxslər müstəntiqlər tərəfindən dindirilir.
Xəbəri paylaş