Newscenter.az.21.11.2021. 'Zəfərə doğru addımla'' layihəsi çərçivəsində bu dəfə Safranbolu Gənclər Mərkəzində tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir Karabük Gənclər və İdman İdarəsinin, Gənclərin Töhfəsi İB və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mənəvi Dəyərlərin Təbliği Fondu , Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə Gənclik Xidmətləri şöbə müdiri, Safranbolu Gənclər Mərkəzinin müdiri Emrah Barındırır açıb. Ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra iki qardaş ölkənin dövlət himnləri səslənib, iki ölkə arasında tarixi dostluq və qardaşlıq videosu təqdim edilib.
Video izləndikdən sonra Karabük Gençlik və İdman İdarəsinin müdiri Coşkun Güven çıxış edib.
Daha sonra layihə rəhbəri, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin sədri Məhsəti Hüseynova və Gənclərin Töhfəsi İB sədri Asim Vəliyev layihə haqqında, 44 günlük Qarabağ savaşı, qazanılan Qarabağ Zəfəri barədə iştirakçılara geniş məlumat verib.
Karabük Üniversitesi Uluslararası İlişkiler Bölümü Öğretim Üyesi Prof.Dr. Ali Asker və Karabük Üniversitesi Azerbaycan Öğrenci Kulübü Başqanı Eşkin İsmailov “Kafkasya’da Güncel Uluslararası Gelişmeler ve Karabağ Zaferi” mövzusunda geniş məlumat veriblər.
Geniş marağa səbəb olan tədbirin ardından Məhsəti Hüseynova Və Asim Vəliyev müsahibə üçün yerli TV kanalı BRTV-yə dəvət olunub.
Anar