"Azərişığ"ın əməkdaşı Laçında minaya düşüb
Tarix: 22-11-2021, 20:52
Newscenter.az.22.11.2021. "Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.
Yaralının sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.