Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası höküməti ifşa etdi

Hesablama Palatası  höküməti ifşa etdi


Newscenter.az.22.11.2021. Hesablama Palatası DSK məlumatlarına istinadən müəyyənləşdirib ki, 2011-2014-cü illərdə real büdcə xərclərinin 40,4 faiz artması həmin dövrdə qeyri-neft ÜDM-nin də 41,3 faiz artımı ilə nəticələnmişdirsə, 2017-2020-ci illərdə real büdcə xərclərin 23,2 faiz yüksəlməsi qeyri-neft iqtisadiyyatını cəmi 6,2 faiz artıra bilb.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib. İqtisadçı daha sonra bunları qeyd edib:

"Göründüyü kimi, son 4 ildə büdcə xərclərin iqtisadi artıma ötürücülüyü dəfələrlə aşağı düşüb. Bu neqativ dəyişikliyi şərtləndirən amillər arasında daha da artan pis idarəçiliyi, büdcə talançılığını və korrupsiyanı xüsusi qeyd etmək olar. Belə dəyişiklik başqa ölkədə müşahidə olunması hökümətin istefasına kifayət edərdi. Çünki, bu onu göstərir ki, büdcə idarəçiliyi kəskin pisləşib, xərcləmərin səməliliyi əhəmiyyətli dərəcədə azalıb".

Mehman
Xəbəri paylaş