Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər mümkün qədər artırılmalıdır”



Newscenter.az.22.11.2021. “2022-ci il dövlət büdcəsi layihəsində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulsa da, bazarda qeyri-sabit qiymət artımı hallarının baş verməsi müəyyən mənada problemlər yaradır. Sosial ödənişlər bu artıma uyğun tənzimlənməlidir”.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı müxtəlif təkliflər irəli sürüb. Millət vəkili bildirib:

“Aydındır ki, müşahidə olunan bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Bazarda baş verən təbii bahalaşmanın qarşısını isə inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər mümkün qədər artırılmalıdır”.

K.Nurullayeva həmçinin ipoteka kreditlərinin həcminin artırılması, əlçatanlığının təmin edilməsini təklif edir: “Əhalinin aztəminatlı təbəqələri üçün ipotekadan istifadə imkanları mövcud tələbata adekvat olmalıdır”.

Ruhiyyə
Xəbəri paylaş