Naftalanda 23 yaşlı gənc özünü beşinci mərtəbədən atıb
Tarix: 22-11-2021, 08:37
Newscenter.az.22.11.2021. Naftalanda gənc oğlan intihara cəhd edib.
"Report"un məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beş mərtəbəli binaların birində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.
Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.