Newscenter.az.22.11.2021. Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin YAP ərazi ilk partiya təşkilatının videokonfrans formatında iclası keçirilib.
Newscenter.az xəbər verir ki, nazirliyin Aparatının və tabeliyində olan qurumların əməkdaşlarının, YAP üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov açıb.
Nazir müavini Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, partiyanın 29 ildə keçdiyi çətin və şərəfli yoldan ətraflı bəhs edib.
Rövşən Rüstəmov Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb və bu əlamətdar gün münasibətilə partiya üzvlərini təbrik edib.
Sonra tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Asif İsmayılov YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıb.
A.İsmayılov bu əlamətdar tarixlə əlaqədar YAP üzvlərini, partiya fəallarını təbrik edib, ölkəmizin daha da inkişafı naminə fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sevinc