Newscenter.az.22.11.2021. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsininin təşəbbüsü ilə "Shirvan Operating Company LTD" Şirkəti Həmkarlar İttıfaqı Komitəsi tərəfindən virusdan qorunmaq üçün Şirkətin bütün işçiləri GİGİYENİK DƏSTLƏ təmin edilib.
Newscenter.az “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttıfaqı Komitəsinin sədri Taleh Məmmədova istinadən xəbər verir ki, virusa yoluxmanın qarşısının alınmasında müxtəlif dezinfeksiya vasitələri, tibbi qoruyucu maskalar ilə yanaşı ən optimal variant vətəndaşların peyvəndləndirmə prosesinə cəlb olunmasıdır. Bu prosesə qoşulmaqla siz özünüzü, ailənizi və cəmiyyətimizi qorumuş olacaqsınız.
Sevinc