Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub



Newscenter.az.23.11.2021. Dəmir yolu ərazisindən keçən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən mütəmadi olaraq yolötürücüləri, keçid körpüləri, tunellər tikilir, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər hasarlanır.

Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki. hərəkətin intensiv olduğu Abşeron dairəvi xətti üzərində 12 yeraltı avtomobil tuneli, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Eyni zamanda xətt üzrə 120 kilometr yol daş hasar və metal torlarla çəpərlənib.

Bununla belə, vətəndaşlardan diqqətli olmağı xahiş edirik. Həyatınızı riskə atmayın! Unutmayaq ki, dəmir yolu xəttinin üzərindən keçərkən yalnız xüsusi təyin olunmuş yerlərdən istifadə etmək lazımdır.

Sevinc
Xəbəri paylaş