Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeronda qanunsuz heyvan kəsimi məntəqəsi aşkar edilib



Newscenter.az.23.11.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseyinzadə küç., ev 1, döngə 5 ünvanında fəaliyyət göstərən, Məmmədov Aydın Ərşad oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib. Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Sevinc
Xəbəri paylaş