Newscenter.az.23.11.2021. Bu gün Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Ər ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Qazaxıstan Respublikasına səfəri çərçivəsində Mehmet Süreyya Er Türk Akademiyasını ziyarət edib, təşkilatın yeni binası və Türk Muzeyi ilə tanış olub.
BTA prezidenti D.Kıdırəli TÜRKPA Baş katibini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, ötən illər ərzində Türk Akademiyası ilə TÜRKPA arasında əməkdaşlıq yüksək səviyyədə qurulub, bir çox uğurlu layihələr reallaşdırılıb. İki qurumun əməkdaşlığı nəticəsində Türk ölkələrinin qeyri-maddi irsinin qorunmasına dair model qanun layihəsi hazırlanıb.
TÜRKPA Baş katibi Mehmet Süreyya Er Türk xalqlarının daha da yaxınlaşması və inteqrasiyası, inteqrasiyanın konseptual əsaslarının hazırlanması, elm və təhsil sahəsində əməkdaşlığın qurulmasında Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin önəmli vurğulayıb.
İkitərəfli görüş zamanı tərəflər görülən işlər və tərəfdaş təşkilatların təşəbbüsləri barədə fikir mübadiləsi aparıb, BTA ilə TÜRKPA Katibliyi arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Qardaş ölkələr arasında elmi əməkdaşlığın inkişafına yönəlmiş birgə tədbirlərin, ortaq fəaliyyət planının həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda BTA prezidenti TÜRKPA Baş katibinə və nümayəndə heyətinə Akademiyanın nəşri olan kitabları təqdim edib.
Mehman