Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alman sahibkarlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib



Newscenter.az.23.11.2021. Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Newscenter.az-a səfirlikdən bildirilib ki, səfər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazir müavini Rəhman Hümmətovun başçılıq etdiyi nümayəndə heyəti ilə alman sahibkarları arasında görüş keçirilib.

Alman nümayəndə heyətinin tərkibində nəqliyyat, logistika, konsaltinq və tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Görüş zamanı alman şirkətləri layihələrini təqdim edib, təkliflərini səsləndiriblər.

Yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş