Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun iclası keçiriləcək



Newscenter.az.23.11.2021. Noyabrın 30-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə işçi qrupun videokonfrans formatında növbəti iclası keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda işçi qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və işçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə ediləcək.

İclasda iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az/) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.

https://azranking.az/az/protocols-announcements/%E2%80%9CElektrik%20t%C9%99chizat%C4%B1%20%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99rin%C9%99%20qo%C5%9Fulma%E2%80%9D%20i%C5%9F%C3%A7i%20qrupunun%20iclas%C4%B1-71.html
Xəbəri paylaş