Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada azərbaycanlı və erməni azarkeşlər arasında insident baş verib



Newscenter.az.23.11.2021. Fransada klublarası güləş çempionatında Azərbaycan və Ermənistan azarkeşləri arasında insident baş verib.

Bu barədə "Report"a açıqlamasında "Şiltgem" komandasında çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi İslam Ababsov bildirib.

87 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı "Mets"dəki erməni güləşçi Edqar Xaçatryanı 8:0 hesabı ilə məğlub etdikdən sonra tribunada mübahisənin yarandığını söyləyib: "Klubumuza qələbə lazım olduğu üçün yuxarı çəki dərəcəsində güləşirdim. Erməni rəqibim gənclərdə Avropa və dünya çempionatlarının mükafatçısı idi. Rəqibin də mənimlə görüşdə uduzmaq istəmədiyini hiss edirdim. Azərbaycanlı olduğum üçün var gücünü qoymuşdu. Qarşılaşma başa çatandan sonra tribunada mübahisə oldu. Həmyerlilərim bayraqlarla mənə dəstək verirdi. Qələbə qazanandan sonra isə erməni fanatlar dəli oldular. Mənə dəstək həqiqətən də çox güclü idi. Ermənilər aranı qızışdırmağa çalışırdı. Daha sonra mühafizə gəldi və azarkeşləri sakitləşdirdilər".

Abbasov Ermənistan idmançısı ilə görüşdə daha motivasiyalı olduğunu vurğulayıb: "Nəyin bahasına olursa-olsun, ona uduza bilməzdim. Rəqib ağır çəkidə güclü olsa da, təslim olmamalı idim. İlk hissədə 1:3 hesabı ilə məğlub olurdum. İkinci yarıda önə keçdim və 6:3 hesabı ilə qalib gəldim".
Xəbəri paylaş