Newscenter.az.23.11.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.
Newscenter.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XXX
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın da etimadnaməsini qəbul edib.
XXX
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib.