Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"1 günlük müharibə" Ermənistanı danışıqlara sürükləmək üçün önəmli addım idi



Newscenter.az.24.11.2021. 16 noyabr- "1 günlük müharibə" Ermənistanı danışıqlara sürükləmək üçün önəmli addım idi və nəticəsi də əhəmiyyətli oldu! Tərəflər arasında diplomatik danışıqlar aparmaq üçün Aİ görüş təşkil elədi, ancaq Rusiya ehtiyatını əldən verməyərək 26 noyabrda Soçidə görüş təşkil elədi. Aİ iki tərəf arasındakı gərginliyi birdəfəlik aradan qaldıra bilməz, nə də ki tərəflər arasındakı problemləri həll edə bilməz.

Görüşdən qabaq Ermənistan Baş Naziri Nikol Paşinyan çıxış edərək bir neçə məqamlara toxundu. Bunlardan önəmlisi Azərbaycanla uzlaşmaq fikrinin olmasıdır!

16 noyabr səhərisi Vladimir Putin bəyan elədi ki, 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək lazımdır! İki tərəf arasındakı məsələlər Rusiyanının vasitəsilə həll oluna bilər!

Soçi görüşü münaqişə tərəflərinin razılıq əsasında işlərə başlanılmasına təkan verəcək! Hesab edirəm ki, bu görüşdə delimitasiya və demarkasiya məsələsi üzrə komissiya yaradılacaq, atəşkəs bəyanatının müddəalarının yerinə yetirilməsi üçün vacib qərarlar veriləcək!

Artıq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq! Paşinyan çıxışında bildirdi ki, hələ 1991-ci ildə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. 1991-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsi Ermənistan işğalı altında deyildi. Deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qələmə verməyə məcburdur!

Bəs Zəngəzur dəhlizi?

Paşinyan deyir ki, Azərbaycan tərəfi bildirir ki, dəhlizin açılmasına icazə verilməlidir yoxsa, zorla edəcəyik! Soçi görüşündə bu məsələ də müzakirə predimeti olacaq. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birbaşa əlaqə saxlaya biləcək. Buna heç şübhəmiz olmasın!

Həmçinin Ermənistan Azərbaycanla münasibətləri yumşaltdıqdan sonra Türkiyə ilə də diplomatiya başlayacaq!

Elman Vəliyev-siyasi şərhçi
Xəbəri paylaş