Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq müzakirə edilib



Newscenter.az.24.11.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüş olub. Görüşdə ötən il ərzində birgə əməkdaşlıq çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib.

Newscenter.az-ın xəbərinə görə, qeyd edilib ki, 2021-2022-ci illər ərzində Karyera Mərkəzi istiqamətində, “Alo Karyera” dəstək xidməti və “İş Klubu” layihəsi çərçivəsində əməkdaşlıq davam etdiriləcək.

Məlumat verilib ki, hazırda Dövlət Məşğulluq Agentliyi və GIZ arasında əməkdaşlıq çərçivəsində pilot layihə olaraq Bərdə, Ağdam və Mingəçevirdə yerləşən ərazi məşğulluq filiallarında resurs guşələrinin təşkilinə start verilib. Layihənin məqsədi ərazi məşğulluq filiallarına müraciət edən vətəndaşlara CV yazılmasına dəstək göstərmək, layihələrə qeydiyyat formalarının izah edilməsi və digər xidmətlərin optimallaşdırılmasıdır. Resurs guşələri GIZ tərəfindən texniki avadanlıqlarla təchiz olunacaq və müvafiq ərazi məşğulluq filiallarının əməkdaşları tərəfindən koordinasiya ediləcək.

Sevinc
Xəbəri paylaş