Newscenter.az.24.11.2021. Avstriya İqtisadiyyat Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı, Azərbaycan və Avstriya şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa və B2B görüşlər keçirilib.
Newscenter.az-a ASK-dən bildirilib ki, dəyirmi masanı Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Avstriya İqtisadiyyat Palatasının Azərbaycan-Türkiyə-Gürcüstan üzrə bürosunun rəhbəri Georq Karabazçek açıblar. Sonra Konfederasiyanın baş katib müavini Fuad Hümbətov iştirakçılara Azərbaycanın iqtisadi imkanları, investisiya mühiti barədə təqdimat edib. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının dövlət-özəl dialoqundakı rolu və həyata keçirdiyi tədbirlər haqqında təqdimat keçirilib. Avstriya İqtisadiyyat Palatası adından xanım Eva Vaythaler öz ölkəsinin iqtisadiyyatı haqqında azərbaycanlı sahibkarlara geniş məlumat verib.
Avstriyanın İqtisadiyyat Palatasının Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbəri Georq Karabazçek bildirib ki, bu nümayındə heyətinin əsas görüşləri Bakıda olacaq. Gələn ilin aprel-may aylarında isə Avstriyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək və oradakı investisiya imkanlarını araşdıracaq.
Tədbirdə, Avstriyanın turizm sənayesi, laborator təchizat, nəşriyyat, nəqliyyat informasiya sistemləri, informasiya və kommunikasiya texnologiyaları, proqram təminatı, su elektrik stansiyalarının tikintisi üzrə ixtisaslaşmış şirkətlərin iştirakı ilə B2B görüşlər keçirilib.
Sevinc