Newscenter.az.24.11.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1924 yeni yoluxma faktı qeydə alınıb, 1873 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.