Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bacarıqların inkişafı təlimi” mövzusunda vorkşop keçirilib



Newscenter.az.24.11.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Bacarıqların inkişafı təlimi” mövzusunda vorkşop təşkil edilib.

Newscenter.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) təşkilati dəstəyi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Məşğulluq Xidmətləri arasında imzalanan 2021-2022-ci illər üçün Fəaliyyət Planına əsasən keçirilən vorkşopda İslam Əməkdaşlıq Təşkilatına üzv olan 20 ölkənin Məşğulluq Xidmətlərindən 58 nümayəndə iştirak edib.

Tədbirin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Məşğulluq Xidmətlərinin texniki bacarıqlarının təkmilləşdirilməsidir.

İlk olaraq Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) baş katibi Nebil Dabur və Türkiyə İş Qurumunun müdiri Oğuz Kağan Güldoğan çıxış edib. Daha sonra isə əmək bazarı gözləntiləri və reallıq, öyrənmə anlayışları, öyrənmə mühitinin formalaşdırılması, bacarıqların inkişaf etdirilməsi kimi mövzularda təqdimatlar keçirilib, mövzular ətrafında müzakirə aparılıb və müvafiq sahə üzrə təcrübələr bölüşülüb.

Sevinc
Xəbəri paylaş