Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərəc Quliyev Dünya Xalqlar Alyansının Avropa İttifaqı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Fərəc Quliyev Dünya Xalqlar Alyansının Avropa İttifaqı nümayəndəliyinin rəhbəri ilə görüşüb


Newscenter.az.24.11.2021. Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri, Dünya Xalqlar Alyansının fəxri prezidenti Fərəc Quliyev Dünya Xalqlar Alyansının Avropa İttifaqı nümayəndəliyinin rəhbəri, İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assossiasiyasının (BVA) direktoru cənab Urs Unkaufu qəbul edib.

Newscenter.az partiyaya istinadən xəbər verir ki, görüş zamanı beynəlxalq təşkilat olan Dünya Xalqlar Alyansının Azərbaycan-Almaniya münasibətlərinə verə biləcəyi töhfə, post müharibə dönəmində işğaldan azad olunmuş ərazilərimizdə Avropa şirkətlərinin iştirakının təşviqi, Azərbaycan həqiqətlərinin Almaniyada, Almaniyanın Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət imkanları müzakirə olunub. Bu istiqamətdə keçiriləcək tədbirlərdə Avropa dövlətlərinin nümayəndələrinin iştirakı vacibliyi qeyd edilib.

Alyansın on doqquz departamentinin müvafiq istiqamətlər üzrə işləri və keçirilməsi nəzərdə tutulan tədbirlər çərçivəsi haqda təkliflər hazırlanması razılaşdırılıb. Qafqazda lider dövlət olaraq Azərbaycanın Qarabağ münaqişəsini bitirdikdən sonra beynalxalq tədbirlərin Azərbaycanda qəbulu imkanları haqda da fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş