Newscenter.az.24.11.2021. Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.
"Report"un məlumatına görə, "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.
R.Əliyev xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.