Newscenter.az.24.11.2021. Gəncə şəhərində polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, qəzada ölən R.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.