Newscenter.az.24.11.2021. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.
Newscenter.az xəbər verir ki, görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzində "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar", "Meyvəçilik və bağçılıq üzrə aqronom” (kiçik aqronom) və aşpaz peşələri üzrə kurslar təşkil ediləcək.
Qeyd edilən peşə ixtisası üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər 15 dekabr 2021-ci il tarixinə kimi Göyçay Peşə Hazırlığı Mərkəzinə müraciət edə bilər. Müraciətlər həm şifahi, həm də onlayn formada qəbul edilir.
Sevinc