Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüsal Hüseynov BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib



Newscenter.az.24.11.2021. Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, nümayəndələrlə görüşdən məmnunluğunu bildirən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əlaqələndirmə iclasının miqrasiya idarəçiliyində maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyan perspektivli platforma olduğunu vurğulayıb. Xanım Vladanka Andreyevanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edən Xidmət rəisi ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Miqrasiya sahəsində mövcud sıx əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xidmət rəisi bildirib ki, ölkəmiz regionda BMT-nin Miqrasiya üzrə Şəbəkəsini milli səviyyədə yaradan və Miqrasiya üzrə Qlobal Kompaktın icrası ilə bağlı könüllü hesabatı təqdim edən ilk ölkələr sırasındadır. Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması təşəbbüsü barədə məlumat verən Vüsal Hüseynov Azərbaycanın Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilməsini ölkəmizin miqrasiya üzrə tərəfdaşlığın inkişafına sadiqliyinin göstəricisi kimi qiymətləndirib.

Daha sonra Xidmət rəisi BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında Miqrasiya üzrə Qlobal Kompaktın həyata keçirilməsi üçün başlanmış “Çempion ölkələr” təşəbbüsünə qoşulmağa dəvətə görə Beynəlxalq Miqrasiya Təşkilatına təşəkkürünü bildirib. Azərbaycanın “Çempion ölkələr”dəki rolunun müsbət dəyər yaradacağını və regionun digər ölkələri üçün miqrasiyanın idarə edilməsində səmərəli model rolunu oynamasına inandığını vurğulayıb.

İclas çərçivəsində BMT-nin Azərbaycandakı Rezident Əlaqləndiricisinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin, BMT sisteminə daxil olan digər təşkilatların, eləcə də aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin iştirakı ilə ötən iclasdan keçən dövr ərzində görülmüş işlər, eləcə də nəzərədə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş