Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA: "127 anbarda vaxtı keçmiş məhsulların saxlanması halları aşkar edilib"



Newscenter.az.25.11.2021. Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.

Qida Təhlükəsizliyi Agentliyindən Newscenter.,az-a verilən məlumata görə, bununla əlaqədar, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarətin gücləndirilməsi, insanların sağlamlığı və ətraf mühitin təhlükəsizliyi, istifadə müddəti bitmiş yararsız preparatların aşkarlanması, zərərsizləşdirilməsi və s. tədbirlərin təşkili məqsədilə aidiyyəti dövlət orqanlarının (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri) əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları yaradılıb və cari ilin 16 sentyabr - 6 oktyabr tarixləri ərzində respublika üzrə ümumilikdə 165 pestisid saxlama anbarında monitorinq aparılıb. Anbarlardan 127-də qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halları aşkar edilib.

Monitorinqlər zamanı bəzi müəssisələrin lisenziyasız fəaliyyət göstərməsi, zəhərli kimyəvi maddələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə cavab verməyən yerlərdə saxlanması, anbarların yaşayış məntəqələrindən, taxıl anbarlarından və su mənbələrindən tələb olunan məsafədə yerləşməməsi, məcburi havadəyişən qurğuların quraşdırılmaması, effektli ventilyasiya sisteminin olmaması, məhsulların saxlanma şəraiti tələblərinin gözlənilməməsi və standartlara cavab verməyən, vaxtı keçmiş məhsulların saxlanması halları aşkar edilib.

Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan müəssisələrin səlahiyyətli şəxsləri barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə sağlamlaşdırma tədbirləri davam etdirilir.
Xəbəri paylaş