Newscenter.az.25.11.2021. “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 26 noyabr saat 11:00-da başlayacaq.
Newscenter.az quruma istinadən xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev cavablandıracaq.
Sevinc