Newscenter.az.25.11.2021. Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.
"Report"un xəbərinə görə, aksiya Fəxri xiyabandan başlayıb Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki, avtoyürüş Qarabağda qazanılan möhtəşəm qələbəyə həsr olunub: "Eyni zamanda, avtoyürüşün keçirilməsi əsl qəhrəmanlıq, mərdlik nümunəsi göstərmiş qazilərimizə yüksək dövlət qayğısını da ifadə edir".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlilləri, qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri görülür: "Artıq 33 min şəxs bu dəstək işləri ilə əhatə olunub. Onlara sosial ödənişlərin təyinatı, məşğulluq, reabilitasiya, sosial-psixolji dəstək və s. istiqamətlərdə dəstək göstərilib və hazırda da bu işlər davam edir".