Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə yeni rəhbər seçilib



Newscenter.az.25.11.2021. Miryana Spolyariç Egger Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti vəzifəsinə seçilib.

“Report” xəbər verir ki, 2022-ci il oktyabrın 1-dən etibarən 4 il ərzində vəzifəsinin icrasına başlayacaq isveçrəli diplomat əvvəllər ölkəsinin Xarici İşlər Nazirliyində, 2018-ci ildən bu yana isə BMT sistemində çalışıb.

O, baş katibin köməkçisi, daha sonra da UNDP administratorunun köməkçisi, həmçinin Avropa və MDB ölkələri üzrə regional direktoru vəzifələrini tutub.
Xəbəri paylaş