Binəqədi və Nəsimi rayonlarına su məhdudiyyətlə veriləcək
Tarix: 25-11-2021, 10:07
Newscenter.az.25.11.2021. Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Sevinc