Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media nümayəndələrinin Kəlbəcərə səfəri təşkil edilib



Newscenter.az.25.11.2021
. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Xəbəri paylaş