Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya problemləri ilə bağlı beynəlxalq seminar keçirilir

Miqrasiya problemləri ilə bağlı beynəlxalq seminar keçirilir


Newscenter.az.25.11.2021. 25-26 noyabr tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə regional seminar keçiriləcək.

Newscenter.az xəbər verir ki, ədbirdə müxtəlif dövlət qurumları, Moldova, Belarus, Türkiyə, Qırğızsan, Özbəkistan, Tacikistan, Gürcüstan, və Türkmənistanın miqrasiya agentlikləri, yerli və hədəf region ölkələrindən vətəndaş cəmiyyəti və təhsil qurumlarının nümayəndələri iştirak edəcək.

Tədbirdə giriş nitqi ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Xanım Vladanka Andreyeva, BMqT -nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qorjiyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynov və BMqT-nin beynəlxalq məsləhətçisi xanım Isabelle Astor çıxış edəcəklər.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.

Sevinc
Xəbəri paylaş