Newscenter.az.26.11.2021. Deputat Jalə Əhmədova noyabrın 25-də ildönümü qeyd edilən Vətən müharibəsi şəhidi Coşqun Səfərovun anım mərasimində iştirak edib, qəhrəman şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib.
Millət vəkili Newscenter.az-a bildirib ki, Coşqun Səfərov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cəbrayıl, Xocavənd, Füzuli, Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şücaətlər göstərib və döyüş tapşırıqlarının birində qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Coşqun Əhməd oğlu Səfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Ruhiyyə