Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində ictimai şuranın üzvləri ilə görüş keçirilib



Newscenter.az.26.11.2021. Noyabrın 25-də Energetika Nazirliyi yanında yaradılmış ictimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Energetika Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən nazirliyin son dövrlərdə gördüyü işlərdən bəhs edilib, xüsusilə bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Müzakirələr zamanı ictimai şura üzvləri tərəfindən ictimaiyyəti maraqlandıran məsələlərə toxunulub, nazirliyin fəaliyyət istiqamətlərinə dair irəli sürülən rəy və təkliflər dinlənilərək ətraflı cavablandırılıb.

Sevinc
Xəbəri paylaş