Newscenter.az.26.11.2021. “Bu gün ətraflı, deyərdim ki, səmimi söhbət oldu. Biz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq şəkildəmüzakirə etdik. Əsas odur ki, mübahisələrin və fikir ayrılıqlarının həllində qəbul etdiyimiz qərarlar, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına töhfə verəcək, bölgədə təhlükəsizliyi artıracaq”.
Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanla normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir.
“Mən dəfələrlə demişəm ki, biz Azərbaycanda Ermənistanla uzunmüddətli qarşıdurmanın səhifəsini vərəqləmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik. Hesab edirəm ki, bu (üçtərəfli – Red) formatda biz öz məqsədlərimizə tam olaraq nail oluruq. Bakı həm də erməni tərəfinin regionda vəziyyətin daha proqnozlaşdırıla bilən olması üçün ilkin şərtlər yaratmaq meylini görür”.