Newscenter.az.26.11.2021. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.
Newscenter.az həmin məlumatı təqdim edir:
1. “Zəfər Yolu”
texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 100%.
2. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 1, 27,34, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.
3. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
4. Kəlbəcər – Laçın avtomobil yolu
texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10% icra olunub.
5. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95% icra olunub, yol nişanları 80% quraşdırılıb.
6. Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17%, boru və keçidlərin tikintisi 12%, körpülərin tikintisi 10% icra olunub.
7. Xudafərin – Qubadlı – Laçın avtomobil yolu
texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36%, yol geyimi - 5%, boru və keçidlərin tikintisi 37%, körpülərin tikintisi 29 % icra olunub.
8. Qubadlı - Eyvazlı avtomobil yolu
texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
9. Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 51%, yol geyimi 9%, boru və keçidlərin tikintisi 52%, körpülərin tikintisi 49% icra olunub.
10. Füzuli – Hadrut avtomobil yolu
texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 km hissəsində torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.
11. Bərdə – Ağdam avtomobil yolu
texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: torpaq işləri 42.5%, yol geyimi 6.8%, boru və keçidlərin tikintisi işləri 28.2%, körpülərin tikintisi 81.2% icra olunub.
12. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
görülmüş işlər: 0-6 km hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, ilk 1.8 km hissədə asfalt-beton örtük tikilib,15-22 km hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.
Sevinc