Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicisinin yeni aldığı mənzildə qonağı oldu-FOTOLAR



Newscenter.az.27.11.2021. 50 saylı Qobustan-Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Şahin Seyidzadə seçicisi Xəlil Eldarovun dəvəti ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona verilmiş yeni mənzildə qonaq olub.

Newscenter.az xəbər verir ki, bu barədə facebook sosial şəbəkə hesabından məlumat paylaşan millət vəkili, internat məzunu olan Xəlil Eldarovun keçən ilin aprel ayında mənzillə təmin olunmasında ona köəklik göstərilməsi üçün müraciət ünvanladığını bildirib:

"Aidiyyatı qurumlara tərəfimizdən müvafiq deputat sorğusu göndərilmişdi. Cari ilin oktyabr ayında vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron rayonu ərazisində inşa edilən şəhərcikdə mənzillə təmin olunmuşdur. Bir daha seçicimizi təbrik edir, ailəsi ilə birlikdə yeni mənzilində xoş günlər arzulayırıq".

Millət vəkili Şahin Seyidzadə onu da qeyd edib ki, yeni mənzilində qonaq olduğu Xəlil Eldarovla söhbət əsnasında bir daha onu narahat edən məsələlər barədə söhbət edilib.

NEWSCENTER.AZ
Xəbəri paylaş