Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Sülhə çağırışın simvolu



Newscenter.az.27.11.2021. Ötən gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş siyasi baxımdan Azərbaycanın milli maraqlarını və mənafeyini əks etdirməklə müsbət nəticələrin əldə edilməsində irəliyə doğru növbəti addım kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə başa çatandan sonra regionda dayanıqlı sülhün təmin edilməsi və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması və bütün kommunikasiyaların rifah üçün istifadəyə verilməsi təşəbbüskarlığı ilə yürütdüyü qəti siyasi xətt Soçi görüşünüdə bir daha özünü nümayiş etdirdi. Cənab İlham Əliyev açıq bəyan etdi ki, münaqişə geridə qalıb və indi yeni siyasi reallıqlar üzərində köklənmiş vəziyyətə uyğun hərəkət etmək ən düzgün yoldur. Ermənistan öz siyasi məsuliyyətini anlayaraq proseslərə bu çərçivədən yanaşmalı və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ilk növbədə keçmiş SSRİ dövründəki sərhəd xətlərinin hüdudlarına uyğun delimitasiya və demarkasiyanın aparılmasına mane olmamalıdır. Və Azərbaycan Prezidentinin üzərində əzmlə dayandığı bu siyasi həll mexanizmini Rusiya Prezidenti Valdimir Putin də dəstəklədi. Cənab Putin də keçmiş sovetlər dövründəki xəritələrə əsaslanmaqla demarkasiyanın ədalətli və hər tərəfin mənafeyinə uyğun tamamlanmalı olduğuunu bəyan etməklə neçə aydır ki, Azərbaycan dövlətinin geridönməz mövqeyini ifadə etdi.

Rusiya Prezidenti münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış etdi və xoşniyyətli olduğunu göstərdi. Yəni, prinsipcə, rəsmi Bakının və Moskvanın tənzimləmə mexanizmində mövqeləri üst-üstədir. Cənab İlham Əliyevin və Putinin mesajında da bunu aydın görmək olar. Azərbaycan Prezidentinin “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” fikri də üçtərəfli komissiyanın fəaliyyəti ilə hərəkətliliyin sürətlənməsinə və konkret nəticəəsaslı müsbət qərarların qəbul ediləcəyinə yaşıl işıq yandı. Demarkasiya prosesləri ikitərəli komissiyanın öhdəsinə buraxılmaqla tarixi ədalətin qanunuyğunluqlarına əsasən həll olunacaqdır. Beləliklə, mövcud situasiya həm də onu göstərir ki, artıq qarşıdakı günlərdə sərhədin cızılması prosesinin başlanması ilə Ermənistanın Qərbə yalançı bəyanatlar üçün üz tutmaq kimi reallıqdan uzaq oyunları da bitmiş olacaq. cığallıqlar etməyə yeri qalmayan Nikol Paşinyan Soçi bəyanatının bütün detallarının şərtlərinə əməl etməyə məcburdur.

Beləliklə, Azərbaycan özünün siyasi prinsipiallıq xəttinə sadiq qalaraq regiondakı prosesləri tam diqtə etməklə Ermənistanı masada əyləşməyə və Sülh sazişinin imzalanmasından başqa yolu olmadığını gerçək reallıq kimi qəbul etdirdi.

Görüşün yekununda dövlət başçılar tərəfindən imzalanan bəyanat Azərbaycanın mövqeyini tamamilə əks etdirməklə sülh sazişinin imzalanması üçün siyasi çərçivə mühiti yaradır. Azərbaycanın qəyiyyətlə diqtə etdiyi ana prinsipin – regionda nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi-siyasi reinteqrasiya proseslərinin başlanması, xüsusilə də, Türk dünyasının vahid siyasi coğrafiyada birləşdirəcək Orta Dəhliz konsepsiyasını əsas açar qapısı olan Zəngəzur dəhlizinin işinin irəlilədilməsi və digər mühüm müdəalar Soçi bəyanatında möhürləndi. Bununla da Azərbaycanın lideri, müdrik siyasi uzaqgörənliklə regiondakı prosesləri son bir ildə məharətlə idarə edən Prezident İlham Əliyevin gerçəkləşdirmək niyyətləri tarixi sənəddə öz hüquqi əksini tapmış oldu.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş