Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Britaniya "absentizmi"



Newscenter.az.28.11.2021. Böyük Britaniya siyasət sahəsinin onurğa sütunlarındandır. İkinci dünya müharibəsindən bəri siyasətdə aktiv iştirakçı kimi görünməsə də(Folklend konflikti zad istisna), xüsusən də 2016-cı ildə Aİ-dən brexit(ayrılma) haqqında referendumda səs çoxluğu qazandıqdan sonra Britaniya absentizm formatında görünməyə başladı.

Əmin olun ki, dünyanın idarə edən güclər arasında Britaniya ön sıralardadır. Britaniya Amerikadan sonra xarici yerlərdə ən çox bazası olan dövlətdir.

Önəmli bir nüans Britaniya Kanadadakı bazasının böyük hissəsini Omana köçürtmək fikrinə düşdü. Orta Şərq dünyanın ən qaynar mövqeyi, maraqların ən çox toqquşduğu seqmentdir. Britaniya Almaniyada bazasını nizamladıqdan sonra Orta Şərq keçdi. Oman bazası Britaniya üçen strateji əhəmiyyətə malik olacaq. Oman bazası vasitəsilə Körfəz ölkələri ilə, İranla, Afrika ilə bağlı maraqlarını həll etməyə çalışacaq, amma hesab edirəm ki, əsas opponent kimi Rusiya əleyhinə fürsətdən istifadə edəcək. Bölgədə narahatlıq doğuran əsas güclərdən biri Rusiyadır. Türkiyənin mövqeyi də burada olduqca önəmlidir. Britaniya da bu iki amili nəzərə alaraq Oman bazasını möhkəmləndirmək qərarına gəldi. Həmçinin bu proses Fransa üçün də xoşəgəlməz addım oldu.

Rusiyanın irəliləyən zamanlarda bu faktları nəzərə alıb uyğun addımlar atacağını görmək olar.
Orta Şərq konflikti uzun müddət davam edəcək bir konfliktdir və bu konflikti həll etmək asan deyil. Hər kəs öz xeyrinə həll edilməsini istədiyindən kompromis çətin alına.

Elman Vəliyev-siyasi ekspert
Xəbəri paylaş