Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar var



Newscenter.az.28.11.2021. "Səriştəsiz və savadsız kadrların bir çox qurumlarda rəhbər vəzifə tutması onlara rəqib ola biləcək alternativ kadrları məhv etməsi ilə nəticələnir. Əksər hallarda isə onlar həmin işçiləri daha aşağı vəzifələrdə çalışdırıb, nəzarətdə saxlayaraq onlardan istifadə edirlər. Həmin işçilərin aşkara çıxarılması rəhbərlər üçün əsas itki və qorxu mənbəyi olaraq qalır".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara və dəyişikliklərə baxmayaraq hələ də, kadr siyasətinin düzgün qurulması istiqamətində ciddi boşluqlar davam edir:

"Kadr xidməti Prezidentin çağırışlarına baxmayaraq ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmir. Hər bir müəssisə kadr idarəçiliyi vəzifəsi ilə üzləşir. Onun uğurlu həyata keçirilməsi yalnız təşkilatın düzgün kadr siyasəti həyata keçirildikdə mümkündür".

NEWSCENTER.AZ
Xəbəri paylaş