İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Tarix: 28-11-2021, 16:53
Newscenter.az.28.11.2021. Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.
Newscenter.az xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.