Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOS: "Omikron" ştamı Azərbaycan sərhədinə yaxınlaşdı



Newscenter.az.28.11.2021. Rusiyada artıq koronavirusun yeni "omikron" ştamı ilə yoluxmuş xəstələr var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın əməkdar həkimi Vladimir Kruqlıy bildirib.

"Ştam böyük ehtimalla Rusiyada mövcuddur. Onun yayılmasının mənbəyi Misirə səfər etmiş vərətəndaşlarımızdır", - o deyib.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Məlumata görə, Cənubi Afrikada yeni ştama yüzə yaxın yoluxma qeydə alınıb. Avropa Birliyi və bir çox başqa ölkələr bəzi Afrika dövlətlərindən səyahət qadağaları tətbiq edib.
Xəbəri paylaş