Newscenter.az.28.11.2021. "Yeni virus variantının - B11529 - ÜST-ün təklif etdiyi nomenklaturaya əsasən adı „Omikron“ -dur. Əsas təhlükəni yaratma səbəblərindən biri təkrari infeksiyadır. Bu, bugünə qədər olan peyvəndlər üçün ciddi problem yarada bilər".
Newscenter.az xəbər verir ki, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib. Onun sözlərinə görə, Omicronun yayılması Azərbaycanda effektiv buster peyvəndlərin daha sürətli tətbiq edilməsinə bir ciddi səbəb olmalıdır.
"Təxminən 16 saat əvvəl "Omikronun" yaradacağı təhlükəni də nəzərə alaraq Leopoldina alimləri Almaniyada təcili şəkildə canlı ünsiyyətləri minimuma endirəcək mübarizə strategiyası tövsiyyə ediblər. Avstriya, Çexiya və Danimarkada da Omikron variantı tapıldı. İsrail Omikronla effektiv mübarizə üçün sərhədlərini xarici qonaqlara bağlayır".
Mehman